Qazaxıstan yeni Konstitusiyaya "hə" dedi

Qazaxıstan yeni Konstitusiyaya "hə" dedi
  16 Mart 2026    Oxunub:1804
Qazaxıstan vətəndaşları referendumda yeni Konstitusiyanı dəstəkləyiblər. Avrasiya İnteqrasiya İnstitutunun exit-poll məlumatlarına görə, iştirakçıların 86,7 faizi yeni Konstitusiyanın lehinə səs verib.
Səsvermə bülletenində “2026-cı il fevralın 12-də mediada dərc edilən Qazaxıstan Respublikasının yeni Konstitusiya layihəsini qəbul edirsinizmi?” sualı verilib. Cavablar: “Bəli, qəbul edirəm” və “Xeyr, qəbul etmirəm”.

Səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilib. Daha 71 məntəqə Qazaxıstanın 54 ölkədəki nümayəndəliklərində fəaliyyət göstərib. Referendum iştirakçılarının siyahısına 12 461 796 vətəndaş daxil edilib.

Referendumun müşahidəsində 38 xarici dövlətin və 11 beynəlxalq təşkilatın 359 nümayəndəsi iştirak edib.

Yeni Konstitusiya layihəsinin əsas yeniliklərinə 145 deputatdan ibarət birpalatalı Parlament (Qurultay), Vitse-prezident institutu və “Qazaxıstan Xalq Şurası” daxildir.


Teqlər: Qazaxıstan   Referendum  



Xəbər lenti