Pakistan Əfqanıstandakı terrorçu düşərgələrini dağıdıb

Pakistan Əfqanıstandakı terrorçu düşərgələrini dağıdıb
  15 Mart 2026    Oxunub:2190
Pakistan ordusu Əfqanıstanın Qəndəhar vilayətində terrorçu düşərgələrinə zərbələr endirib.
Bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar X hesabında məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı Pakistan ordusu Qəndəhar vilayətində yerləşən texniki dəstək obyektlərini və anbarları da məhv edib. Bildirilib ki, həmin mövqelərdən Taliban və digə silahlı qruplaşmalar Pakistanın mülki əhalisinə qarşı hücumların təşkili üçün istifadə edirdilər.

Nazir əlavə edib ki, zərbələr nəticəsində Əfqanıstandakı silahlı birləşmələrin və Fitna əl-Xəvaric qruplaşmasının texniki avadanlıqlarının saxlanıldığı tunel də dağıdılıb.

R. Əliyeva
AzVision.az


Teqlər:



Xəbər lenti