Xameneyi Moskvada müalicə olunur

   Xameneyi    Moskvada müalicə olunur
  15 Mart 2026    Oxunub:2426
İranın ali dini rəhbəri Möctəba Xameneyi fevralın 28-də yaralandıqdan sonra Rusiya hərbi təyyarəsində məxfi şəkildə Moskvaya aparılıb. Bu haqda Küveytin “Al Jarida” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, Xameneyinin üzərindəki əməliyyat uğurla başa çatıb. İndi o, prezident saraylarının birində özəl klinka tərəfindən müalicə edilir.

Xameneyinin Rusiyaya təxliyəsi əməliyyatı yüksək məxfilik şəraitində keçirilib.

Yada salaq ki, iki gün əvvəl ABŞ-nin Dövlət Departamenti İranın ali dini rəhbəri Möctəba Xameneyi, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, kəşfiyyat naziri İsmayıl Xatib və İİKK-nin komandirləri haqqında informasiya verən şəxslərə 10 milyon dollar mükafat vəd etmişdi.



Tariyel Həsənov
AzVision.az


Teqlər: Xameneyi   İran   Rusiya  



Xəbər lenti