Çində havadan su düzəltməyi öyrəniblər
“Texnologiya müxtəlif iqlim şəraitinə, o cümlədən yüksək temperatur və aşağı rütubətə uyğunlaşdırılmışdır. Konkret olaraq heç bir infrastruktur olmadan işləyə bilən günəş enerjisi ilə işləyən muxtar stansiya yaradılıb”, - qəzet yazır.
Məlumatda ölçüsünə görə kiçik avtobus dayanacağı ilə müqayisə oluna bilən qurğunun 15-40 dərəcə temperaturda və hava rütubətinin 35%-dən 99%-ə qədər diapozonunda işləyən qurğunun gündə 50 litrə qədər içməli su istehsal etdiyi vurğulanır.
Bundan əlavə, ada otellərində və ya kiçik yaşayış məntəqələrinfdə istifadə edilə biləcək gündəlik tutumu 1600 litrə qədər olan platforma yaradılıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


