Futbol mərcləri ilə bağlı Türkiyədə istintaq davam edir

Futbol mərcləri ilə bağlı Türkiyədə istintaq davam edir
  20 Noyabr 2025    Oxunub:1222
İstanbulun baş prokuroru Akun Gürlek matçlara qanunsuz mərc oyunları ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində Türkiyənin bir neçə futbol klubunun yüksək vəzifəli məmurlarının həbs oluna biləcəyini açıqlayıb.
AzVision.az Türkiyənin “TRT Haber” telekanalına istinadən xəbər verir ki, Akun Gürlekin sözlərinə görə, təhqiqat İnterpol və UEFA ilə birgə aparılır.

“Biz İnterpol və UEFA ilə əməkdaşlıq edirik. Türkiyədə keçirilən matçlara mərclərin əksəriyyəti qeyri-qanuni xarici saytlarda yerləşdirilir. Yaxın günlərdə klub rəhbərliklərinin, inzibatçıların və idman şərhçilərinin növbəti həbsləri mümkündür. Onların arasında tanınmış şəxslər də ola bilər”, - İstanbulun baş prokuroru vurğulayıb.

Türkiyədə 600-ə yaxın futbolçu mərc işi üzrə istintaqa çağırılıb
Xatırladaq ki, bundan əvvəl Türkiyə Futbol Federasiyası (TFF) 149 peşəkar hakimi, o cümlədən əcnəbi mərc hesablarının olduğu aşkar edildikdən sonra onları 8 aydan bir ilədək müddətə matçlardan uzaqlaşdırıb. Təhqiqatla bağlı fəaliyyətdə olan 571 hakimin işi yoxlanılır, onlardan 371-inin mərc platformalarında hesabı var.

Eyni zamanda, ölkənin aparıcı klubları – “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor” komandalarının oyunçuları da daxil olmaqla, mindən çox futbolçunun qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində TFF-nin İntizam Şurasının qarşısına çıxarılacağı bildirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   futbol   mərc  



Xəbər lenti