Tramp solçuları “dəli etmək” istəyir

   Tramp solçuları “dəli etmək” istəyir
  15 May 2025    Oxunub:294
ABŞ prezidenti Donald Tramp bildirib ki, çoxları ondan 2028-ci ildə yenidən prezidentliyə namizəd olmasını xahiş edir.
AzVision.az xəbər verir ki, Amerika lideri bu xahişlər barədə düşünəcəyini bildirib.

“Bilirsiniz, biz yenidən seçilmək istəyirik. Bir çox insan bunu etməyi məsləhət görür. Çox çətin olsa da, bu barədə düşünəcəyəm”, - ABŞ-nin Qətərdəki Əl-Udeid hərbi bazasında çıxış edən Amerika lideri təklif olunan seçki kampaniyası üçün zarafatla “Tramp 2028: Solçuları dəli et” şüarını irəli sürüb.

Bununla belə, Donald Tramp daha əvvəl bəyan üçüncü dəfə ABŞ-nin ən yüksək postuna seçilmək niyyətində olmadığını açıqlamışdı.

Amerika Konstitusiyasına 1951-ci ildə edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən çox dövlət başçısı seçilə bilməz. ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   seçkilər   solçular  





Xəbər lenti