Ermənistan ordusu beş nəfərdən ibarət ailəni vəhşicəsinə qətlə yetirdi

Atam 1992-ci ilin martın 12-də dinc sakinləri qətliamından xilas edərkən döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid oldu. Atamdan əlavə, qardaşım, iki əmim və digər qohumlarım və uşaqlıq dostum həmin döyüşdə şəhid oldular. Vitali Balasanyanın vasitəçiliyi ilə danışıqlar aparılsa da, lakin onlar atamın və onunla birlikdə həlak olanların nəşinin verilməsindən imtina etdilər. Hazırda da onların nəşlərinin harada olduğu məlum deyil”, - deyə K.Novruzov bildirib.
O əlavə edib ki, hadisə nəticəsində Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
AzVision.az
Teqlər: