Almaniya İsrailə uçuşları yenidən təxirə salıb

Almaniya İsrailə uçuşları yenidən təxirə salıb
  15 May 2025    Oxunub:373
Almaniyanın dövlət hava yolları şirkəti "Lufthansa" İsrailin Tel-Əviv şəhərinə uçuşları mayın 25-dək yenidən təxirə salıb.
Şirkət bu barədə bəyanat yayıb. Bildirilib ki, regiondakı vəziyyətin qiymətləndirilməsi nəticəsində Tel-Əvivə və əksinə uçuşların dayandırılması 18 may tarixindən daha bir həftə artırılaraq 25 may tarixinədək uzadılıb. Uçuşların təxirə salınması şirkətin nəzdindəki "SWISS", "Austrian Airlines", "Brussels Airlines" və "Eurowings" qruplarına da aiddir.
Britaniya İsrailə uçuşları daha bir ay təxirə salıb

Xatırladaq ki, mayın əvvəlində İsrail ilə Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması arasında gəringlik artıb. İsrail Hərbi Hava Qüvvələrinin Yəməndə yerləşən Səna Beynəlxalq Hava Limanını bombalamasına cavabən husilərin də İsraildəki Ben-Qurion Hava Limanına raket hücumu həyata keçirmələri riski mövcuddur. Ona görə də bir sıra ölkə, o cümlədən Britaniya İsrailə uçuşları təxirə salıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Britaniya   İsrail   uçuş   təxir  





Xəbər lenti