“Bu, çox sadə hökumətlərarası razılaşmadır. Qətər Müdafiə nazirliyi və ABŞ Müdafiə nazirliyi bizim təyyarələrimizdən birinin “Air Force One” (Hərbi Hava qüvvələri) qismində istifadəyə verilməsi imkanını müzakirə edir. Bu məsələ hüquqi ekspertiza mərhələsindədir”, - Qətər krallığının baş naziri bildirib.
Onun sözlərinə görə, təyyarənin təhvil verilməsi təklifi “qanunsuz” hesab edilərsə, geri götürüləcək.
Xatırladaq ki, bundan əvvəl “ABC News” telekanalı mənbələrə istinadən məlumat yaymışdı ki, ABŞ administrasiyası “uçan saray” adlanan və dəyəri təxminən 400 milyon dollar olan təyyarəni Qətərdən qəbul etməyə hazırlaşır. Trampın vəzifədən gedənə qədər hədiyyəni öz təyyarəsi kimi istifadə edə biləcəyi, bundan sonra isə onun prezident kitabxanasının fonduna təhvil veriləcəyi iddia olunurdu.
![]() |
Trampa veriləcək hədiyə ilə bağlı təhqiqat tələb olunur |
Telekanal qeyd edir ki, ekspertlər təyyarənin “Air Force One” sistemi üzrə yeni avadanlıqla təchiz edilməsini yüksək səviyyəli təhlükəsizlik, rabitə və müdafiəni təmin etmək üçün işlər də nəzərə alınmaqla, potensial olaraq yüz milyonlarla dollara başa gələcəyi ilə razılaşırlar.
Eyni zamanda, bir neçə gün əvvəl Qətərin “Boeing 747” təyyarəsinin müqabilində nəsə tələb edib-etməməsi ilə bağlı sualına Tramp, əvvəllər imzaladığı yeni “Air Force One” təyyarəsi sifarişinin gecikməsinə görə “Boeing” şirkətinin işindən məyus olduğunu söyləyib. ABŞ prezidenti onu da vurğulayıb bildirib ki, hədiyyəni “xoş niyyət jesti” sayır və prezidentlik müddəti bitdikdən sonra ondan istifadə etməyəcək.
Sahil İsgəndərov
AzVision.az