Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO

   Polşa Vaşinqtona sərt mesaj göndərib    - VİDEO
  15 May 2025    Oxunub:499
Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Ukraynaya qoşun yeritməyə hazırlaşan ölkələr arasında Polşanın adını çəkdiyi bəyanatına Varşava kəskin reaksiya sərgiləyib.
AzVision.az xəbər verir ki, Polşanın Xarici İşlər naziri Radoslav Sikorski bu iddiaları qəti şəkildə rədd edərək, polşalı əsgərlərin Ukrayna ərazisinə göndərilməyəcəyini bildirib.

“Manipulyasiyanı dayandırın. Hökumət başçısı, Müdafiə naziri və mən ardıcıl olaraq təkrar edirəm: Varşava Ukraynaya Polşa əsgərlərini göndərməyəcək”, - Sikorski “X” sosial şəbəkəsində yazıb.

Polşa televiziyasının “Onet Rano” səhər proqramına müsahibəsində o, əgər bu, olsa belə, iştirakın havadan dəstək, Varşavanı qorumaq, habelə Rusiya və Belarusla 600 kilometrdən çox sərhədi möhkəmləndirməklə məhdudlaşacağını açıqlayıb.

- Kelloq bu əməliyyatda Polşanın rolunu şişirdib”, - siyasətçi vurğulayıb.

Xatırladaq ki, Kit Kelloqun bir gün əvvəl verdiyi bəyanatda Ukraynaya xarici qüvvələrin mümkün yerləşdirilməsinə toxunulur. Amerikalı siyasətçi bu kontingenti Böyük Britaniya, Fransa, Almaniya və Polşanın da daxil olacağı “dayanıqlıq qüvvələri” adlandırıb. Onun sözlərinə görə, belə qüvvələr Dneprdən qərbə doğru, münaqişə zonasından kənarda yerləşdirilə bilər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Poşa   ABŞ   cavab  





Xəbər lenti