Ermənistanın silah idxalının dəyəri açıqlandı

Ermənistanın silah idxalının dəyəri açıqlandı
  14 May 2025    Oxunub:331
Moskvanın Ukraynaya qarşı müharibəsi fonunda Ermənistan Rusiya silahlarını almaqdan imtina edib, əvəzində İrəvan Hindistan və Fransadan silah almağa başlayıb.
AzVision.az xəbər verir ki, bunu “Vedomosti” Rusiya Beynəlxalq İşlər Şurasının “Mövcud mərhələdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyəti” adlı hesabatına istinadən yazıb.

Qeyd olunur ki, 2022-2023-cü illərdə Ermənistan Hindistanla 1,5 milyard dollardan çox, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. İrəvan Rusiya ilə sonuncu müdafiə sazişini hələ 2021-ci ildə bağlayıb. Üstəlik, o, hələ də tam icra olunmayıb.

Nəşr yazır ki, Ermənistan Hindistandan 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemləri, 155 mm-lik ATAGS artilleriya qurğuları, ZADS pilotsuz uçuş sistemləri, “Akaş-1S” hava hücumundan müdafiə sistemləri və “Konkurs” tank əleyhinə raket kompleksləri alıb.

İrəvan həmçinin Fransadan üç GroundMaster 200 radarı, Mistral 3 portativ zenit-raket kompleksləri və SEZAR özüyeriyən artilleriya qurğuları sifariş edib.

AzVision.az



Teqlər:





Xəbər lenti