ABŞ və Qətər yeni saziş imzalayıb

ABŞ və Qətər yeni saziş imzalayıb
  14 May 2025    Oxunub:362
ABŞ və Qətər müdafiə və aviasiya sahələrində saziş imzalayıb
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ lideri Donald Tramp və Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Tani Dohada ikitərəfli əməkdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.

Həmçinin ABŞ və Qətər arasında müdafiə və aviasiya sahələrində saziş imzalanıb. Sənədə əsasən, Qətər “Qatar Airways” aviaşirkəti üçün ABŞ-nin təyyarə istehsalçısı “Boeing”dən təyyarələr alacaq. D.Trampın sözlərinə görə, 160 təyyarənin alınmasını nəzərdə tutan sövdələşmənin məbləği 200 milyard dollar təşkil edib.

Əl-Tani qeyd edib ki, D.Trampla görüşü zamanı regional vəziyyət də daxil olmaqla məsələlərin geniş spektri müzakirə olunub. O, bu gündən etibarən iki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəldiyini vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti