Rusiya XİN rəhbərinin İstanbul görüşündə iştirak etməyəcəyi açıqlanıb

Ötən gün “The Washington Post“ nəşri Rusiya diplomatiyasının rəhbərinin müzakirələrə prezident Vladimir Putinin köməkçisi Yuri Uşakovla birlikdə qatılacağını iddia edib.
Həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff dövlət katibi Marko Rubio ilə mayın 16-da İstanbula yollanacağı barədə məlumat verib.
ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl bildirib ki, rusiyalı həmkarının Türkiyəyə səfəri məhz onun bu ölkəyə gələcəyindən asılıdır.
Qeyd edək ki, prezident V. Putinin sözçüsü Dmitri Peskov göstərilən 15 may tarixində Kreml rəhbərinin işgüzar görüşlərinin olacağını açıqlasa da, onların keçiriləcəyi məkan barədə sualdan yayınıb.
AzVision.az
Teqlər: