Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Təlimdə Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ETX-nin rəisi Samir Rəsulov çıxış ediblər. Çıxışlarda media sahəsində baş vermiş mövcud kiberinsidentlər və kiberdayanıqlıq səviyyəsi məsələlərinə toxunulub, eyni zamanda, media subyektlərində İT infrastrukturunun təkmilləşdirilməsi və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi önə çəkilib.
50-dən çox media subyektinin nümayəndəsinin iştirak etdiyi təlim sessiyalarında müvafiq qurumların aidiyyəti sahə üzrə ekspertləri, həmçinin İsrailin “Technion” Texnologiya İnstitutunun və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçisi tərəfindən kiberdayanıqlılıq, kiberinsidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər, fişinq və sosial mühəndislik texnikaları, media qurumlarının sosial media hesablarının qorunması, təhlükəsizlik üçün tövsiyə olunan bulud xidmətləri kimi media üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulub.
Hər sessiyanın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
AzVision.az
Teqlər: