Bakının Nəsimi rayonunun 28 may küçəsində güclü külək ağacı avtomobillərin üzərinə aşırıb.
Hadisə nəticəsində hərəkətdə olan iki avtomobilə ziyan dəyib. Dərhal Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hadisə yerinə gəlib və aşan ağac ərazidən kəsərək götürüblər. Artıq yol tam açılıb və hərəkət bərpa olunub.