Tayvan Ukraynaya vəsait ayıracaq

Tayvan Ukraynaya vəsait ayıracaq
  12 May 2025    Oxunub:392
Tayvan Litva və İslandiyanın rəhbərlik etdiyi Ukraynada minalardan təmizləmə üzrə beynəlxalq koalisiyanın maliyyələşdirilməsinə qoşulacaq və bu məqsədlə 1,8 milyon avro ayıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Litva Tayvanın – Vilnüsdəki nümayəndəliyi vasitəsilə – bu mühüm humanitar təşəbbüsə maliyyə dəstəyi göstərməyə hazır olmasını yüksək qiymətləndirir. Partlamamış sursatların zərərsizləşdirilməsi Ukrayna üçün mülki həyatın təhlükəsizliyi və iqtisadiyyatın bərpası baxımından ən aktual çağırışlardan biridir”, – məlumatda qeyd olunur.

Qeyd edək ki, bu məlumat Tayvanın sabiq administrasiya rəhbəri Tsay İnvenin Vilnüsdə səfərdə olduğu vaxt elan olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti