AZAL Bakı-Astana reyslərinin sayını artırır

AZAL Bakı-Astana reyslərinin sayını artırır
  12 May 2025    Oxunub:328
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sabahdan Bakıdan Qazaxıstanın paytaxtı Astanaya reyslərin sayını artıracaq.
AzVision.az bu barədə ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, reyslərin həftəlik sayı 3-dən 4-ə qaldırılacaq.

Bundan başqa, mayın 31-dən "Air Astana" aviaşirkəti Atırau-Bakı-Atırau marşrutu üzrə uçuşlara başlayacaq. Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti