Azərbaycan Aİ əməkdaşlığının genişləndirilməsi təklif edilir

Azərbaycan Aİ əməkdaşlığının genişləndirilməsi təklif edilir
  12 May 2025    Oxunub:377
Azərbaycan-Avropa İttifaqı (AI) əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsi müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşdə aparılıb.

“Gert Yan Koopman ilə görüşmək xoş oldu. Azərbaycan-AI əməkdaşlığının "yaşıl enerji", rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”, - M. Cabbarov bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti