Makronun kokain sərgüzəşti - VİDEO

   Makronun kokain sərgüzəşti    - VİDEO
  12 May 2025    Oxunub:448
Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Ukraynaya getdiyi qatardan çəkilmiş videoda stoldan götürdüyü salfetdə narkotik maddə ola biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
AzVision.az xəbər verir ki, Yelisey sarayının “X” sosial şəbəkəsindəki saytında verdiyi açıqlamada bunun sadə bir salfet olduğu və yayılan iddiaların dezinformasiya kampaniyasının bir hissəsi olduğu vurğulanıb.

Mayın 10-da “Associated Press Agentliyi (AP)” tərəfindən yayımlanan videoda Makronun Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer ilə Kiyevə səfəri əks olunub. Jurnalistlər çəkiliş aparmağa başlayanda onlar qatar vaqonunda masa arxasında oturmuşdular. Makron masanın üstündən əzilmiş salfeti götürür, Merts isə bıçaqları kənara itələyir. Siyasətçilərin qarşısında su stəkanları və sənədləri olan qovluqlar da olub.

Görüntülər dərc edildikdən sonra internetdə Makronun kokain gizlətdiyi iddiası ilə bağlı şərhlər yayılıb. Yelisey sarayı ittihamları saxtakarlıq və Avropa vəhdətini pozmaq cəhdi adlandırıb.

- Avropa birliyi sərf etməyəndə dezinformasiya o həddə çatır ki, sadə salfet də narkotikə oxşayır. Bu saxta xəbərləri Fransanın düşmənləri həm xaricdə, həm də ölkə daxilində yayırlar. Biz manipulyasiyaya qarşı ayıq-sayıq qalmalıyıq. Bu, burnunuzu üfürmək üçün salfetdir, bu isə, sülh qurmaq üçün Avropa birliyidir”, - Yelisey sarayının salfetin fotosu və Makron, Merts və Starmerin çəkilişləri ilə müşayiət olunan bəyanatında deyilir.

The Guardian: “Zelenski təşəbbüsü Putinin əlindən alıb”
Qeyd edək ki, Kiyevə səfəri zamanı Avropa liderlərinin, o cümlədən Polşanın baş naziri Donald Tuskun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş zamanı ABŞ prezidenti Donald Trampla da telefon danışıqları olub.

“Axios” portalının məlumatına görə, Tramp Ukraynanın Rusiya ilə atəşkəs və birbaşa danışıqlara razılıq verməsindən məmnunluğunu ifadə edib.
Görüşdən sonra Makron Ukrayna və Avropa ölkələri üçün “yeni era”nın gəldiyini və
Avropanın “özünü güc olaraq gördüyünü” deyib.

Rusiya daha sonra mayın 15-də İstanbulda Ukrayna ilə birbaşa danışıqlar aparmağı təşəbbüsünü irəli sürsə də, Kiyevin israrlı olduğu 30 günlük atəşkəs rejimini dəstəkləməkdən imtina edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Makron   kokain  





Xəbər lenti