Ər-Riyadın Trampdan istəkləri var

  Ər-Riyadın Trampdan istəkləri var
  12 May 2025    Oxunub:617
"ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində baş tutacağı gözlənən danışıqlarda qarşı tərəf ondan Fələstin dövlətinin rəsmi tanınmasını, müharibəyə son qoyulmasını və regionda münasibətlərin normallaşmasını dəstəkləməyi xahiş edəcəklər".
Bu barədə Səudiyyə Ərəbistanının kral ailəsinin adı çəkilməyən nümayəndəsi İsrailin İctimai Yayım Şirkətinə ("Kan") açıqlamasında danışıb. O vurğulayıb ki, Ər-Riyadın xahişləri çərçivəsində Fələstin dövlətinin demilitarizasiya şərti ilə qurulması, Qəzza zolağında müharibənin başa çatdırılması və HƏMAS-ın ləğvi əsas yer tutur.

"Eyni zamanda, ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılması Donald Trampla danışıqların vacib nöqtəsidir. Ər-Riyad nikbindir ki, Tramp belə bir razılaşmanı dəstəkləyəcək. İsrail də bu fürsəti qaçırmamalıdır", – səudiyyəli müsahib bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Səudiyyə-Ərəbistanı   ABŞ   İsrail   danışıqlar  





Xəbər lenti