Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

Milli Elmi Komandası üzrə nəticələrin xülasəsi:
• Ümumi təqdim edilmiş elmi məqalələr: 166
• Qəbul edilmiş elmi məqalələr: 140
• Ehtiyat sıyahısında: 26
• Gender bölgüsü üzrə: Kişi – 88; Qadın – 78
Bu nəticələr Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq elmi mühitdə artan nüfuzunun, peşəkarlığının və fədakarlığının göstəricisidir.
Qeyd edək ki, 2025-ci ildə ölkəmizdən Sidney Konqresinə 632 elmi məqalə təqdim olunmuşdur. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə Konqresdə iştirak edən ölkələr arasında ilk üçlükdə yer alıb. Bu ilki Konqresdə 103 ölkədən ümumilikdə 6400-dən çox elmi məqalə təqdim edilmişdir.
“Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) mövzusu altında keçiriləcək Sidney Konqresinə təqdim olunan elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi mövzuları əhatə edir.
AzVision.az
Teqlər: