Güclü yağış Bakı-Şamaxı yolunda hərəkəti iflic etdi

Güclü yağış Bakı-Şamaxı yolunda hərəkəti iflic etdi
  06 May 2025    Oxunub:351
Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.

AzVision.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti