Belarusun Baş naziri Füzulidə - FOTO

  Belarusun Baş naziri Füzulidə -    FOTO
  06 May 2025    Oxunub:403
Mayın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçiniz Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.
AzVision.az xəbər verir ki, səfər çərçivəsində Aleksandr Turçini azad olunduqdan sonra Füzuli rayonunda aparılan yenidənqurma və quruculuq işləri ilə tanış olub.



Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilib. Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.



AzVision.az







Teqlər:





Xəbər lenti