Duda Trampa çağırış edib

   Duda Trampa çağırış edib
  06 May 2025    Oxunub:439
Polşa prezidenti Anjey Duda “Axel Springer Qlobal” Reportyorlar şəbəkəsinə müsahibəsində Donald Trampı Kremli Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb.
AzVision.az xəbər verir ki, Polşa prezidentinin sözlərinə görə, yalnız Trampın Vladimir Putinə real təsir imkanları var.

“Amerika Rusiyanı müəyyən hərəkətlərə məcbur etmək üçün müxtəlif iqtisadi alətlərdən istifadə edə bilər. Putini sülhə məcbur etməyə ABŞ prezidenti qadirdir”, - Anjey Duda deyib.

Polşa prezidenti bildirib ki, Donald Tramp Putinlə son müzakirələrdən sonra “real mənzərəni görüb” və Rusiyanın əsas maraqlarını əngəlləmək üçün radikal vasitələr də daxil olmaqla, lazımi alətlərə malikdir.

Qrem: ABŞ Rusiyaya qarşı “sarsıdıcı” sanksiyalar hazırlayır
Əslində Polşa liderinin şərhləri Trampın Moskvaya təzyiqlərini artıracağına ümid bəsləyən bir sıra avropalı siyasətçilərin mövqeyini əks etdirir. Daha daha əvvəl Kiyevi tənqid edən Tramp Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb. Lakin Romada Zelenski ilə görüşdən sonra onun Rusiyaya qarşı mümkün sanksiyalar barədə danışdığı bildirilir.

“Reuters” agentliyinin məlumatına görə, ABŞ artıq Moskvaya qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayıb. Eyni zamanda, ABŞ Konqresi Rusiya ilə əməkdaşlıq edən ölkələrdən enerji resursları və alüminium üçün 500% rüsumların tətbiq olunması ilə bağlı respublikaçı senator Lindsi Qremin irəli sürdüyü qanun layihəsinə baxır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Duda   Tramp   çağırış  





Xəbər lenti