“Rusiyalılar Putinin qəddar müharibəsindən qorxurlar” – The Times

“Rusiyalı Aleksandr pəncərədən faşist Almaniyası üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş paradın məşqinə baxır. Vətənpərvərlik mahnıları səslənir, Sovet və Rusiya bayraqları asılır, əsgərlər küçələrdə yürüş edir. Evinin yaxınlığında Ukraynadakı müharibəyə qulluğa qəbulla bağlı elan yayılıb: birdəfəlik ödəniş 1-5 milyon rubl, illik əmək haqqı isə 5,2 milyon rubl”, - nəşr yazır.
İkinci Dünya Müharibəsindən fərqli olaraq, bugünkü müharibə əsasən muzdlu ordular tərəfindən aparılır. Ukrayna kəşfiyyatı 140-180 min dustağın müharibəyə cəlb olunudğunu iddia edir.
- İnsanlar bilir ki, müharibəyə getmək şüurlu şəkildə qəbul edilən maliyyə qərarıdır. Bunun ölkə naminə böyük qəhrəmanlıq olduğu hissi yoxdur”, - politoloq Kirill Roqov deyir.
27 yaşlı alim Aleksandr Rusiyanın hərəkətlərinə görə özünü “əbədi günahkar” hiss etdiyini bildirir. Onun üçün artıq Qələbə günü yaddaşla yox, utancla bağlıdır.
“Uşaqlıqda Qələbə günü veteranların bayramı idi. İndi əsas təbliğat günüdür”, - gənc alim vurğulayır.
Putin xalq arasında “qələbə dəliliyi” kimi tanınan qələbə fetişini dövlət ideologiyasının özəyinə çevirib. Eyni zamanda, hökumət gəncləri hərbiləşdirir: maliyyə çətinliklərinə baxmayaraq, 2024-cü ildə “Gənclər Ordusu”nun büdcəsi iki dəfə artırılıb.
Rəsmi sosioloji mənbələr müharibəyə 70-80% səviyyəsində dəstək verildiyini bildirsə də, ekspertlər respondentlərin qorxusu səbəbindən belə məlumatların etibarlılığına şübhə edirlər.
Politoloq Kirill Roqovun fikrincə, əksəriyyət müharibəni passiv şəkildə dəstəkləyir, lakin “buna görə heç bir məsuliyyət hiss etmir”. Onların vətənpərvərliyi Kremlin təbliğatından fərqlidir.
- Onlar bu müharibənin səbəblərini anlamırlar, bunu Putinin müharibəsi sayırlar”, - analitik bildirir.
Sosioloq Marina hətta əvvəllər müharibə əleyhinə çıxan ruslar arasında da laqeydliyin artdığını müşahidə edir. Onun sözlərinə görə, insanlar heç nəyə təsir göstərə bilməyəcəklərini başa düşürlər. Ona görə də bu barədə düşünməyə dəymədiyi qərarına gəliblər.
“The Times” yazır ki, əyalətlərin nümunəsi rusların müharibəyə münasibətinin necə dəyişdiyini göstərir: bir vaxtlar pul toplayırdılar, tor toxuyurdular. Amma indi heç hadisələrlə belə maraqlanmırlar. Təbliğat şouları tutumsuzdur. Müharibədə pul qazanırlar və bunu “ezamiyyət” adlandırırlar.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Putin müharibə rusiyalılar