Bakı Ali Neft Məktəbinin tələbələri "Texnofest 2025"-in qalibi oldular

   Bakı Ali Neft Məktəbinin tələbələri "Texnofest 2025"-in qalibi oldular
  03 May 2025    Oxunub:1026
Bakı Ali Neft Məktəbinin "BANM 6" komandası Teknofest Aerokosmik və Texnologiya Festivalında uğur qazanıb.
AzVision.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən "Texnofest 2025"də iştirak edən BANM komandası iki nominasiyada qalib olub.

Belə ki, yarışmanın final mərhələsində BANM-nin "Qızılqaya“ komandası "Texnologiyalar” kateqoriyası üzrə birinci yer qazanıb.

Universitetin "Xudafərin" komandası isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə üçüncü yer qazanıb.

BANM-ın yetirmələrinə mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib.

AzVision.az



Teqlər:





Xəbər lenti