Qoff: “ABŞ Ukraynanın qələbəsinə yox, qanının axmasına imkan verir”

      Qoff:    “ABŞ Ukraynanın qələbəsinə yox, qanının axmasına imkan verir”
  03 May 2025    Oxunub:563
Əgər ABŞ və müttəfiqləri əvvəldən Ukraynanı lazımi silahlarla təmin etsəydilər, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı erkən dayandırıla bilərdi.
AzVision.az xəbər verir ki, Amerikanın Mərkzəi Kəşfiyyat İdarəsinin (MKİ) Avropa və Avrasiya üzrə əməliyyatlarının keçmiş rəisi Ralf Qoff “The Times” qəzetinə müsahibəsində bunun əvəzində Ukraynaya yalnız mübarizə aparmaq üçün lazımi silahları vermək barədə məqsədyönlü strategiyanın olduğunu iddia edib. Halbuki, bu, Rusiya ordusuna qalib gəlmək üçün kifayət deyil.

“Əgər biz o vaxt ukraynalıları lazımi silahlarla təmin etsəydik, onlar rusları ölkədən çıxara bilərdilər. Bu baş vermədi. Bu, indi şahidi olduğumuz belə uzun, daha uzunmüddətli, daha çox yorucu müharibə üçün zəmin yaratdı”, - Qoff deyib.

Onun sözlərinə görə, prezident Bayden və müttəfiqləri Putinə münaqişənin şərtlərini diktə etməyə icazə veriblər və Rusiya liderinin məğlubiyyətə yaxınlaşacağı təqdirdə nüvə silahından istifadə edəcəyi ilə bağlı narahatlıqlara görə Ukraynaya lazımi vaxtda lazım olan avadanlığı göndərmək fikrindən əsəbiləşirdilər.

- Onlar özlərinin Vladimir Putindən və onun nüvə silahı cingiltilərindən aldanmaqlarına imkan verdilər. Buna görə də onlar ukraynalılara bu silahları ötürdülüər, lakin heç vaxt qələbə üçün kifayət qədər silah vermədilər. Ukraynalılara yalnız qanlarının axaması üçün kifayət qədər verdilər”, - MKİ-nin sabiq direktoru vurğulayıb.

Ralf Qoff iddia edib ki, Putin pandemiya zamanı COVID-dən “əsl ölümcül qorxu”ya düşmüşdü və onun fikrimcə, sağlamlığından narahat olan insanlar yüksək yatırımlı nüvə pokeri oynamaq niyyətində olmurlar.

İndi o, Trampın strategiyasının dialoqu yumşaltmaq və bəlkə də Putini Çindən ayırmaq üçün ona yaltaqlanmaq olduğunu düşünür. Putin isə keçmiş kəşfiyyatçı kimi Trampı manipulyasiya edə biləcəyini düşünür. Hərçənd Ralf Qoff Putinin sonda “şərt şəkildə yanılacağını” proqnozlaşdırır.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: ABŞ   Ukrayna   silah  





Xəbər lenti