Rusiya Xarkova kütləvi zərbələr endirib

   Rusiya Xarkova kütləvi zərbələr endirib
  03 May 2025    Oxunub:594
Rusiya PUA-larının zərbələri nəticəsində bu gecə Ukraynanın Xarkov şəhərində 51 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, yerli hakimiyyət rusların şəhərə 2 “İskəndər” raketi və 183 PUA ilə hücum etdiyini açıqlayıb. Dronlardan 150-ni vurmaq və ya kursundan yayındırmaq mümkün olub.

Odessaya kütləvi dron hücumu olub
Şəhərdə çoxsaylı yanğınlar baş verib. Çoxmərtəbəli və fərdi yaşayış evləri, minik avtomobilləri, habelə mülki müəssisə və mağaza yanıb.

Xatırladaq ki, son iki həftədə Rusiya ordusunun Ukraynanın müxtəli bölgələrinə və şəhərlərinə, xüsusilə də gecə saatlarında endirdiyi hava zərbələri xeyli intensivləşib. Bir sıtra qərb ölkələrinin liderləri və ekspertlər Moskvanın bu addımlarını Trampın Rusiya ilə münasibətləri tənzimləmək istəyindən Kremlin sui-istifadə etməsi kimi qiymətləndirirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Xarkov   zərbələr  





Xəbər lenti