Pakistan Kəşmirdəki terror aktının araşdırılmasına dair işlər aparır

Pakistan Kəşmirdəki terror aktının araşdırılmasına dair işlər aparır
  02 May 2025    Oxunub:677
Pakistan Kəşmirdəki terror aktı ilə bağlı şəffaf, qərəzsiz araşdırma aparmaq niyyətində olduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Attaulla Tarar “RİA Novosti”yə bildirib.

Məlumata görə, bu araşdırmanı nüfuzlu beynəlxalq qurum həyata keçirə bilər.

"Pakistan bu məsələ ilə bağlı şəffaf, qərəzsiz araşdırma aparmaq niyyətini çox aydın şəkildə ifadə edib. Bu, istənilən beynəlxalq forumda, istənilən etibarlı forumda ola bilər", - o vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti