Haaqada kütləvi iğtişaşlar olub

Haaqada kütləvi iğtişaşlar olub
  02 May 2025    Oxunub:641
Mayın 1-də Hollandiyanın Haaqa şəhərində başlayan kütləvi iğtişaşlar polislə toqquşmalara çevrilib.
AzVision.az “Omroep West” teleyayım korporasiyasına istindaən xəbər verir ki, dünən axşam Bakı vaxtı ilə 23:00-da gənclərdən ibarət izdiham, ehtimal olunduğuna görə, kütləvi davada iştirak etmək üçün Haaqanın çimərliyə yaxınlıqda yerləşən Sheveninqen rayonuna toplaşıb.

İğtişaşları yatırmaq üçün cəlb edilən polis və xüsusi təyinatlılar aktiv müqavimətlə üzləşiblər. İğtişaşçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, velosiped və şüşə qırıqları atıblar. Polis iğtişaşlarda 100-300 nəfərin iştirak etdiyini təxmin edir. Yalnız gecə yarısı vəziyyət sakitləşib.

Hüquq-mühafizə orqanları iğtişaşların təşkilatçılarını hələ də saxlaya bilməyib. Hadisə ilə əlaqədar ərazidə bir sıra avtobus və tramvay marşrutlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Haaqa   iğtişaşlar  





Xəbər lenti