Bişkek: “Moskvanın diqqətini yayındıra bilərlər”

“Nəinki Qırğızıstanda, müəyyən hallarda bütün Orta Asiyada sabitliyi poza biləcək tədbirlərə əl ata biləcək qüvvələr var. Hazırda Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. Rusiyaya mane olmaq qarşısını almaq lazım gəlsə, qüvvələri oradan yayındırmaq üçün burada yeni ocaq aça bilərlər. Biz bunu görürük”, - Marat İmankulov iddia edib.
Qeyd edək ki, son 30-40 ildə MA-da nüfuz uğrunda dünyanın güc mərkəzləri arasında geosiyasi mübarizə, obrazlı desək, bir an belə dayanmayıb. SSRİ parçalnadıqdan sonra Moskvanın qonşularla münasibətdə həyata keçirdiyi korafəhim siyasətin nəticəsində ABŞ, Çin və Avropa bu rehionda öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndiriblər.
Sahil İsgəndərov
AzVision.az