Rövşən Rzayev vətəndaşları qəbul edib

Komitə sədri Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat, təhlükəsiz yaşayışının təmin edilməsi üçün verdiyi tapşırıqların ardıcıllıqla icra olunduğunu, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərini diqqət mərkəzində saxladığı və onun tapşırığı ilə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa qrafikinə uyğun yenidən qurulan yaşayış məntəqələrinə ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli formada köçürülür.
Komitə sədrinin qəbulunda məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
AzVision.az
Teqlər: