DSX komitə ilə birgə maarifləndirici tədbir keçirib

DSX komitə ilə birgə maarifləndirici tədbir keçirib
  21 Aprel 2025    Oxunub:1012
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dinin siyasiləşdirilməsinin milli maraqlarımıza və mənəvi dəyərlərimizə təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi dini radikalizmin və ekstremizmin qarşısının alınması, dinin siyasiləşdirilməsinin milli təhlükəsizlik və ictimai sabitlik üçün doğura biləcəyi risklər barədə şəxsi heyətin məlumatlandırılması, dini maarifləndirmə səviyyəsinin artırılması olub.

Çıxış edənlər dini dəyərlərin dövlətçilik prinsipləri ilə uzlaşmasının əhəmiyyətindən, radikal dini ideologiyaların gənclər arasında yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıblar.

Tədbirdə dinin cəmiyyətdəki rolu, dövlət-din münasibətləri, dini tolerantlıq ənənələri, eləcə də dini biliklərin düzgün mənbələrdən əldə olunmasının əhəmiyyəti vurğulanıb, iştirakçıların sualları cavablandırılıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti