“Beynəlxalq Yer Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

“Beynəlxalq Yer Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
  21 Aprel 2025    Oxunub:806
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də Müşfiqabad qəsəbəsində “Beynəlxalq Yer Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birinci müavini Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib.

Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, “Beynəlxalq Yer Günü” BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə əsasən hər il aprelin 22-də qeyd olunur. Bu günün əsas məqsədi ətraf mühitin qorunmasına ictimai diqqəti artırmaq və ekoloji maarifləndirməni təşviq etməkdir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti