Barker: “Ukraynanın resurslarının həcmi şübhə doğurur”

“ABŞ administrasiyasının istinad etdiyi məlumatlar köhnəlib və böyük şirkətlər kommersiya üstünlükləri olmadığı üçün layihələrə maraq göstərmirlər. Ukraynanın kifayət qədər resursunun olub-olmayacağını heç kim bilmir. Hətta mövcud ehtiyatlar rəqabətə davamlı deyil”, - Tayson Barker bildirib.
Nəşr, öz növbəsində, potensial sövdələşməni “ABŞ tərəfindən şantaj” adlandırır və onun qeyri-real xarakter daşıdığını vurğulayır.
Qeyd edək ki, dünən verdiyi açıqlamada ukraynalı politoloq Konstantin Bondarenko ABŞ ilə nadir torpaq metalları üzrə razılaşmanın Ukraynanın suverenliyinə təhlükə yaratdığını iddia edib.
Bununla belə, aprelin 18-də Ukrayna hökuməti ABŞ ilə nadir torpaq metalları üzrə saziş bağlamaq niyyətini təsdiq edən memorandumun imzalandığını açıqlayıb. Sənəddə, digər məqamlarla yanaşı, Vaşinqtonun 2022-ci ildən bəri Kiyevə “əhəmiyyətli maddi dəstək” verdiyinin ehtiva olunduğu bildirilir.
Sahil İsgəndərov
AzVision.az