Paşinyan Konstitusiya islahatından danışdı

   Paşinyan Konstitusiya islahatından danışdı
  21 Aprel 2025    Oxunub:909
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Ədalət məhkəməsinin ədalətə nail olmaq vasitəsi kimi” adlı konfransdakı çıxışında ölkədə əvvəlki bütün Konstitusiya referendumlarının xalqın həqiqi iradəsini əks etdirmədiyini bildirib.
AzVision.az Nikol Paşinyan Ermənistanda hüquq sistemi ilə cəmiyyət arasında mövcud olan uçurumun ədliyyə sektorunda problemlər yaratdığını vurğulayıb.

“Bu boşluq qismən, Konstitusiya referendumları zamanı vətəndaşların rəsmi nəticələrin, demək olar ki, onların iradəsini ya ifadə etmədiyinə, ya da yalnız qismən ifadə etdiyinə əmin olduüqları ilə şərtləndirilib. Bun agörə də, qanun və asayiş cəmiyyətlə “üzvi” şəkildə əlaqələndirilməlidir”, - Ermənistanın baş naziri deyib.

Elçin Əmirbəyov: "Ermənistanın əsas qanunu sülh sazişinin ruhuna uyğun olmalıdır"
Bundan əvvəl Paşinyan Müstəqillik Bəyannaməsinə istinadların yeni Konstitusiyadan çıxarılması təşəbbüsü ilə çıxış edib. Martın sonunda o, 2027-ci ildə yeni Konstitusiyaya dair referendum keçirməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, Konstitusiyanın dəyişdirilməsi ölkədaxili məsələdir, lakin bu, qaçılmaz surətdə “regional və beynəlxalq təsir” göstərəcək.

Xatırladaq ki, rəsmi Bakı bundan əvvəl də dəfələrlə Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan Konstitusiyası dəyişdirilmədən iki ölkə arasında sülh müqaviləsinin bağlanmasının mümkün olmadığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Paşinyan   Konstitusiya  





Xəbər lenti