Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

Səfər çərçivəsində nazir müavini Yalçın Rəfiyev İraqın rabitə naziri, Azərbaycan Hökuməti və İraq Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın İraq tərəfindən həmsədri xanım Hiyam Əl-Yasiri ilə görüşüb.
Görüş zamanı Komissiyanın iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişafına verdiyi töhfə xüsusi olaraq vurğulanıb və yaxın gələcəkdə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Komissiyanın növbəti iclasının ikitərəfli əlaqələrə təkan verəcəyinə əminlik ifadə olunub.
AzVision.az
Teqlər: