Rusiya və Ukrayna 246 hərbi əsiri mübadilə edib

"Aprelin 19-da danışıqlar prosesi nəticəsində Kiyevin nəzarətində olan ərazidən 246 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 246 hərbi əsiri təhvil verilib", - bəyanatda qeyd olunub.
Hazırda Rusiyaya qaytarılan hərbçilər Belarus ərazisindədir, onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Bundan əlavə, onlara yaxınları ilə əlaqə saxlamaq imkanı verilib.
Əsir mübadiləsi zamanı Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçilik səyləri göstərdiyi də bildirilir.
AzVision.az
Teqlər: