Bakıda 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Bakıda 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
  19 Aprel 2025    Oxunub:814
Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.
AzVision.az xəbər verir ki, avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.


Teqlər:





Xəbər lenti