Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS nümayəndə heyəti ilə danışıqlar aparıb

Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS nümayəndə heyəti ilə danışıqlar aparıb
  19 Aprel 2025    Oxunub:774
Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüş keçirib.

AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, HƏMAS nümayəndə heyətinə danışıqlarda Siyasi Büronun rəisi Məhəmməd Dərviş başçılıq edib. Danışıqların əsas mövzusu Qəzza zolağında humanitar durum olub.

Tərəflər Qəzza sakinlərinə humanitar yardımın çatdırılması üçün mümkün tədbirləri və bu istiqamətdə beynəlxalq səylərin əlaqələndirilməsini müzakirə ediblər.

Həmçinin görüş iştirakçıları Qəzzada davamlı və hərtərəfli atəşkəsə nail olmaq üçün səylərlə bağlı cari vəziyyəti qiymətləndiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti