Suriya İraqla sərhədə əlavə qoşunlar göndərir

   Suriya İraqla sərhədə əlavə qoşunlar göndərir
  19 Aprel 2025    Oxunub:1405
Suriya hakimiyyəti ölkənin İraqla sərhədinə əlavə hərbi qüvvələr yerləşdirib.
AzVision.az
Xəbərdə Dəməşqdən göndərilən hərbi qüvvələrin cümə günü nəzarət-buraxılış məntəqəsinin yerləşdiyi Əl-Bukamal şəhərinə çatdığı bildirilir.

Qeyd olunur ki, qoşunlara Suriyanın Deyr əz-Zor vilayətində şərq sərhədinin bir neçə sahəsinə nəzarəti ələ keçirmək tapşırılıb. Xüsusi təyinatlıların sayı barədə məlumat açıqlanmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   İraq   sərhəd  





Xəbər lenti