Azad olunmuş ərazilər üzrə idxal üçün sənəd icazələr siyahısına daxil edilib

Azad olunmuş ərazilər üzrə idxal üçün sənəd icazələr siyahısına daxil edilib
  19 Aprel 2025    Oxunub:890
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilib.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanuna əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilib.

Bu Qanun işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 2033-cü il yanvarın 1-dək qüvvədə qalacaq.

AzVision.az


Teqlər: lisenziyalar   dəyişiklik  





Xəbər lenti