Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
  19 Aprel 2025    Oxunub:1011
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, aprel ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.


Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Məmmədov Taleh Natiq oğlu və 1991-ci il təvəllüdlü İsmayılov Əhəd Natiq oğlu saxlanılıblar.


Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX   əməliyyat   narkotik  





Xəbər lenti