İrəvan Rusiya telekanallarının yayımını məhdudlaşdırmaq istəyir
-1744982660.jpg)
“Əgər biz vaxtı ilə Rusiyanı dövlət multipleksimizdə tezliklərlə təmin etməsəydik, o zaman keçən il əlaqələrimizdə belə gərginlik olmazdı. İndi Fransa tərəfi tezliklər istəyir. Hesab edirəm ki, bizim ictimai multipleksimizdə xarici televiziya şirkətlərinin olması əhəmiyyətli dərəcədə azaldılmalıdır”, - Akopyan parlamentdə çıxışı zamanı deyib.
Bununla yanaşı, Akopyan vurğulayıb ki, o, hazırda Ermənistanın ictimai multipleksinə daxil olan Rusiya telekanallarının əleyhinə yox, prinsip etibarı ilə bu siyahıya daxil olan xarici telekanalların əleyhinədir.
Qeyd edək ki, Ermənistanda yalnız Rusiya telekanalları xaricdən ictimai multipleks vasitəsilə retranslyasiya olunur: “Birinci Kanal”, “Kultura” və “RTR-Planeta”.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan Rusiya televiziya