Litva Mərkəzi Asiyadan olan miqrantlardan imtina edir

Litva Mərkəzi Asiyadan olan miqrantlardan imtina edir
  18 Aprel 2025    Oxunub:1310
Vilnüs miqrasiya siyasətinə yenidən baxacaq və diqqəti ona mədəniyyət baxımından daha yaxın olan ölkələrdən işçi qüvvəsinin cəlb edilməsinə yönəldəcək.
AzVision.az xəbər verir ki, Litvanın baş naziri Gintautas Palutskas belə bəyanat səsləndirib.

“Təəssüflə etiraf etməliyik ki, bəzi ölkələrdən olan insanlar radikallaşmaya meyllidirlər. Ola bilsin ki, immiqrasiya siyasətini yenidən nəzərdən keçirək, səylərimizi mədəniyyət baxımından bizə daha yaxın olan ölkələrdə ixtisaslı işçi tapmağa yönəltməliyik”, - jurnalistlərlə söhbətində Litva hökumətinin başçısı deyib.

Litvanın Dövlət Təhlükəsizliyi departamentinin (SSD) rəhbəri Darius Jaunişkisin ötən bazar terror qrupları ilə əlaqələr və potensial radikallaşma səbəbindən Vinüsün təxminən onlarla Mərkəzi Asiya (MA) vətəndaşının ölkəyə girişini qadağan etdiyini bildirməsindən sonra Plaustkas bu şərhi verib.

Litvanın baş nazirinin sözlərinə görə, gələcəkdə ölkənin miqrasiya siyasətinə onun mədəni yaxınlığa uyğunluğunu artırmaq məqsədi ilə yenidən baxılacaq.

Qeyd edək ki, son illər Litvaya MA ölkələrindən gələn miqrantların sayı artıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Litva   MA   miqrantlar  





Xəbər lenti