![]() |
Yunanıstanda jurnalistlər tətilə başlayıblar |
"Biz hər şeyimizi qurban veririk: əlavə işləmək, şəxsi həyat və s. Ancaq bəzi hüquqlarımıza gələn kimi çətinliyə düşürük",- anonim BRI əməkdaşı telekanala bildirib.
TF1 qeyd edib ki, xüsusi təyinatlı polislərin qəzəbləri on ildir ki, davam edir. Lakin istintaq üçün 400 avro mükafat ödənilməsi ilə bağlı şayiələr ortaya çıxanda bu qəzəb yeni hal alıb. Zabitlərin sözlərinə görə, bu, çox kiçik məbləğdir. Maliyyə problemi ilə yanaşı, xüsusi təyinatlılar səlahiyyətliləri polislərin nüfuzunu bərpa etməyə də çağırıblar.
Qeyd edək ki, BRI Daxili İşlər Nazirliyinin yurisdiksiyasında olan Fransa Milli Polisinin döyüş bölməsi və xüsusi təyinatlı qruplarından ibarətdir. Briqadanın qrupları silahlı soyğunçuluq və adam oğurluğu da daxil olmaqla bir sıra cinayət əməllərini araşdırır və qarşısını alır.
Tural Tağıyev
AzVision.az