Pekin Zelenskiyə cavab verib

“Çin heç vaxt münaqişədə heç bir tərəfə öldürücü silahlar verməyib və ikili təyinatlı məhsulların ixracına həmişə ciddi nəzarət edib. Çin Xalq Respublikası qəti şəkildə əsassız ittihamlara və siyasi manipulyasiyaya qarşı çıxır”, - Lin Tszyan vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Çini Rusiya ordusuna silah ötürməkdə ittiham edib.
“Biz nəhayət ki, Çinin Rusiyaya silah tədarük etdiyi barədə məlumat aldıq. Bu gün bizim Təhlükəsizlik Xidmətindən barıt, artilleriya ilə bağlı kəşfiyyat məlumatlarından ümumi məlumatımız var. Düşünürəm ki, gələn həftə bu barədə ətraflı danışa biləcəyik”, - Zelenski iddia etib.
Sahil İsgəndərov
AzVision.az