DGK: "Ölkəyə gətirilən elektromobillərin sayında kəskin artım var"

"Eyni zamanda, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən, istehsal tarixindən 10 ildən çox vaxt keçmiş minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Ölkəyə gətirilən minik avtomobillərin qeydiyyatının sadələşdirilməsi, elektronlaşdırılması üzrə işlər görülür. Vətəndaşlar "e-customs" portalı vasitəsilə normalara uyğunluq barədə sertifikat ala bilərlər", - o deyib.
Aysel Məmmədlinin sözlərinə görə, nəqliyyat vasitələri və onların rəsmiləşdirilməsi prosesində onların mənşə ölkəsindən, istehsal tarixindən, gömrük dəyərindən, habelə mühərrikin növündən, həcmindən və vəziyyətindən asılı olaraq gömrük ödənişləri tətbiq olunur. Ekoloji cəhətdən daha təmiz sayılan elektrik və hibrid nəqliyyat vasitələrinə gömrüş ödənişlərində müəyyən güzəştlər edlir. Elektrik mühərrikli avtomobillərin idxalı 2019-cu ildən bəri ƏDV-dən, 2022-ci ildən bəri idxal rüsumundan da azad edilib.
Səbinə Həsənova
AzVision.az
Teqlər: DGK