Ölkəyə avtomobil gətirmək istəyənlərin nəzərinə

   Ölkəyə avtomobil gətirmək istəyənlərin nəzərinə
  18 Aprel 2025    Oxunub:1352
"Rezident vətəndaşlar avtonəqliyyat vasitələrini ölkə ərazisinə müvəqqəti gətirirsə, sərhəd-buraxılış məntəqəsində gömrük təyinatı tətbiq edilməklə həmin avtomobili 1 ilə qədər istifadə edə bilər".
Bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş idarəsinin fiziki şəxslər üzrə iş şöbəsinin rəisi İlkin Hüseynzadə bu gün keçirilən "Rəqəmsal gömrük və media" mövzusunda seminarda dilə gətirib.

"Nəqliyyat vasitələri qeyri-rezident vətəndaşlar tərəfindən gətirilirsə, onlar həmin nəqliyyat vasitələrini ölkə ərazisində 90 günə qədər istifadə edə bilər. Vətəndaş ölkədə 90 gündən artıq qalarsa, müvafiq müraciətlə müddət artırılır, ancaq bu, 1 ildən artıq olmamalıdır.
Nəqliyyat vasitələrinin ölkədən aparılmasına isə 2 il müddətində icazə verilir. Vətəndaş nəqliyyat vasitəsini ölkədən daimi çıxarmaq istəyirsə, onu qeydiyyatdan çıxarmalıdır",
- şöbə rəisi vurğulayıb.

Səbinə Həsənova
AzVision.az


Teqlər: DGK  





Xəbər lenti