Əşyaların gömrükdən keçirilmə qaydaları açıqlanıb

"Əlbəttə, əşyaların aparılması kommersiya məqsədi daşımamalıdır. Yeganə istisna nərə balığı və kürüyə aiddir. Bu məhsulların xarici ölkəyə aparılmasında müəyyən məhdudiyyətlər tətbiq olunur", - o deyib.
İlkin Hüseynzadənin sözlərinə görə, poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən əşyalarda güzəşt məbləği ay ərzində 300 dollara qədərdir:
"Burada da əşyanın dəyəri 300 dolları keçərsə, gömrük ödənişinin icrası yuxarıda qeyd olunan qaydada həyata keçirilir. Beynəlxalq poçt vasitəsilə xarici ölkəyə göndərilən əşyalar üçün isə hər hansı limit və ödəniş nəzərdə tutulmayıb".
Şöbə rəisi, eyni zamanda, bildirib ki, vətəndaş avtomobilinin yanacaq çəninin həcmi qədər yanacağı ölkə ərazisinə keçirə, yaxud xarici ölkəyə apara bilər.
Səbinə Həsənova
AzVision.az
Teqlər: DGK